RU
Azərbaycanda bunu da elədilər: Xaricə saxta COVİD-19 pasportu satdılar
15:09
210

Azərbaycanda bunu da elədilər: Xaricə saxta COVİD-19 pasportu satdılar

"Ağcabədi rayon mərkəzi xəstəxanası”  Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində  bəzi şəxslərə "COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb.

Ağcabədi rayon Prokurorluğundan 7News.Az-a verilən məlumata görə, həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə "COVİD-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyənləşib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ