RU
Azərbaycanda bütün tələbələrə kredit verilə bilər
16:36
478

Azərbaycanda bütün tələbələrə kredit verilə bilər

"Bu ilin sonuna kimi ödənişli ixtisaslarla təhsil alan vətəndaşlar üçün dövlət tərəfindən təhsil kreditlərinin tətbiq olunması məsələsinin həlli gözlənilir”.

7News.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib. 

Komitə sədri qeyd edib ki, bu ildən başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondu aztəminatlı tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verir: "Düzdür, bu, az sayda tələbəni əhatə edir. Çünki kreditlərin verilməsi ancaq bakalavr səviyyəsində tətbiq edilir. "Elm haqqında" qanuna da doktorantlara təhsil kreditlərinin verilməsi məsələsi daxil edilib. Amma magistratura səviyyəsi qalıb. Eyni zamanda, bakalavr səviyyəsində kreditlərin verilməsi də qanunvericiliklə tənzimlənmir. Buna görə də bu məsələlər qanunvericliyə daxil edilməlidir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ