Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7NEWS.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, ötən müddət ərzində isə ümumilikdə 5 014 141 test aparılıb.
7NEWS.Az








