RU
Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib
16:49
252

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib, aktiv xəstə sayı 319 nəfərdir.
Ölkədə son sutka ərzində 4 867, hazırkı dövrədək isə 6 721 330 test aparılıb.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ