RU
Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub
18:36
15

Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7NEWS.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Ölkədə son sutka ərzində 2043, hazırkı dövrədək isə 7 365 617 test aparılıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ