RU
Azərbaycanda daha 6 orta məktəb koronavirusa görə bağlandı
15:11
130

Azərbaycanda daha 6 orta məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha 6 orta məktəb koronavirusa görə bağlanıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpoot 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb.

 

Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ