RU
Azərbaycanda daha 8 nəfər koronavirusa yoluxub, ölən olmayıb
16:59
224

Azərbaycanda daha 8 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7News.Az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 556, bu günə qədər isə ümumilikdə 6 829 482 test icra olunub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ