RU
Azərbaycanda daha bir məmur təyinatı
12:15
1181

Azərbaycanda daha bir məmur təyinatı

Ramiz Həsənovun müvafiq əmrinə əsasən.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

Komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən bu vəzifəyə Arif Əşrəfov gətirilib.

A.Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.

Maraqlıdır ki, A.Əşrəfov IV çağırış Milli Məclisin deputatı olub.

Komitənin mətbuat katibi Fazil Talıblı fakti təsdiqləyib./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ