RU
Azərbaycanda davada silaha əl atıldı
23:15
550

Azərbaycanda davada silaha əl atıldı

Tovuz rayonunda iki nəfər dalaşıb, biri digərinə silah çəkib.

7news.az APA-ya istinadən xəbər verir ki, insident rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini Elsevər Mədədovla Gəncə şəhər sakini İntiqam Səlimov arasında hələ ki, səbəbi məlum olmayan səbəbdən münaqişə baş verib. İnsident zamanı E. Mədədov cibindən silah çıxararaq İ. Səlimovu hədələyib. Hadisə yerinə gələn polis əməkdaşları E. Mədədovu saxlayaraq silahı ondan götürülüb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ