Gəncə Ağır Cinayətlər Məhkəməsində qızını zorlamaqda təqsirli bilinən Aydın Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə baxış iclası avqust ayının 5-nə təyin olunub.
Məlumata görə, Aydın Ələkbərov qızı Rənanı (ad şərtidir) xeyli müddət seksual xarakterli zorakılıq əməllərinə məruz qoyması və onun köməksiz vəziyyətdə olmasından istifadə edərək, zorlaması faktına görə təqsirli bilinib.
Ona qarşı Cinayət Məcəlləsinin 149.2.5-ci (Zorlama - təkrar törədildikdə) və 150.2.5-ci (Seksual xarakterli zorakılıq hərəkətləri - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
İstintaq zamanı Aydın Ələkbərovun öz qızını müxtəlif vaxtlarda cinsi əlaqəyə məcbur etdiyi, həmçinin digər seksual xarakterli əməllərə məcbur etdiyi üzə çıxıb. (olke.az)

7News.Az