Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 7News.Az APA-ya istinadən xəbər verir ki, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.