Azərbaycanda qardaş ərindən ayrılan bacısının başını kəsdi.
Bunu Sonxeber.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
O, qeyd edib ki, Aytənə dəfələrlə sığınacaqda qalmasını təklif etsə də qəbul etməyib:"Mənə dünən zəng edib dedilər ki,qardaşı aparıb Aytənin başını kəsib".
Kəmalə Ağazadə vurğulayıb ki, Aytən Fərzəliyevanın 21 yaşı olub: "Onun rəsmi nikahı olmayıb. Sevdiyi insanla qeyri-rəsmi yaşayıb. Hazırda baş vermiş cinayət işi ilə Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb".










