7News.az xəbər verir ki, Şəkidə at və eşşəklərin kütləvi qətliamı olub. Bu heyvanların eyni gündə, eyni saatda kəsilməsi sual altındadır. Ancaq heyvan cəmdəklərinin sayını nəzərə alsaq, bu kəlməni əminliklə işlədə bilərik - Qətliam.
Təqdim etdiyimiz görüntülər sizi dəhşətə salacaq. Görüntülərə diqqətlə baxsanız, 100-dən çox at və eşşək leşi atıldığını görə bilərsiniz. O leşlərin niyə orada olduğu maraqlıdır. Yəqin ki, aidiyyəti qurumlar tezliklə hərəkətə keçəcəklər. Bəlkə də bu ətlər bizim qazanlarımızda qaynayır./ARB





7News.az









