“2014-cü ildə Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. Hesablama aparılsa 10 ildə 250 mindən çox vətəndaş itirmişik”.
Bu barədə Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Onun sölərinə görə, hazırda özündə 20 illiyi əks etdirən Uşaq Məcəlləsi hazırlanıb: “Bu Azərbaycanda uşaq hüquqlarının hamısını özündə birləşdirən sənəd olacaq. Həmin məcəllədə uşaqların hüquqlarını müdafiə edən bütün qanunlar öz əksini tapacaq. Uşaqların əmək hüqüqları, yaşamaq, inkişaf etmək hüquqları, yuvenal ədliyyə ilə bağlı bəzi müddəalar öz əksini tapacaq”.
Elgün Səfərov bildirib ki, artıq həmin layihələr hazırdır və müfaviq qurumlara təqdim olunub: “Hazırda müvafiq qurumlardan cavab gözləyirik. Ola bilər ki layihəyə düzəlişlər olunsun”./atv
7news.az








