RU
Azərbaycanda dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb
19:30
664

Azərbaycanda dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb

Azərbaycanda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadə bəraət alıb.

Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümümilikdə 191 950 manat pulunu ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların müdafiəçisi, vəkil Ceyhun Yusifov apellyasiya şikayəti verib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ