RU
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu - MƏHKƏMƏ
17:30
376

Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu - MƏHKƏMƏ

Bakıda qabaqcadan əlbir olub oğurluq etməkdə təqsirləndirilən Aksana Yusifova, Aysel Bədirova, Tülpan Bukavazin və Əfsanə Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

7News.Az xəbər verir ki, iş üzrə toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Tural Ələkbərovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə bu ilin yanvarında Nərimanov rayonu ərazisində baş verib. Təqsirləndirilən qadınlar Anar Hüseynovun evindən oğurluq ediblər. Nəticədə, A.Hüseynova beş min manatdan çox ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ