Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Report-un verdiyi məlumata görə, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.
Rayon sakini, 27 yaşlı qadın Günay Quliyeva özünü yaşadığı evdən asaraq intihar edib.
Qeyd edək ki, G.Quliyev dörd uşaq anasıdır. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.
G.Quliyevin yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez tez-tez ailədaxili münaqişələr baş verib. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb.
İntihar edən gənc qadının başında və bədənində xəsarətlər də olub. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən öldürüldüyünü iddia edir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

7News.Az








