RU
Azərbaycanda DYP rəisi vəzifədən çıxarıldı - Qüsurlarına görə
20:30
730

Azərbaycanda DYP rəisi vəzifədən çıxarıldı - Qüsurlarına görə

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.

Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ