RU
Azərbaycanda ər hamilə arvadını bıçaqladı
20:15
483

Azərbaycanda ər hamilə arvadını bıçaqladı

Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

Hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, rayonun Zarat kənd sakini, 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ