RU
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı yeni mexanizm hazırlanır
16:10
206

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı yeni mexanizm hazırlanır

Ərzaq təhlükəsizliyinin təmini ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər vermişik.

7News.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
O qeyd edib ki, bu təkliflər qəbul edilib. Nazir müavini vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən müəssisələrə, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ