RU
Azərbaycanda evlilik: 83 yaşında ailə qurdu
16:40
428

Azərbaycanda evlilik: 83 yaşında ailə qurdu

2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 42179 nikah qeydə alınıb.

Bu haqda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

Qurum rəsmisi nikaha daxil olanların yaş aralığını da açıqlayıb:

"Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadırlar”.

R.Süleymanovun sözlərinə görə, rəsmi nikaha daxil olan ən yaşlı kişi 83, ən yaşlı qadın isə 72 yaşındadır./publika.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ