RU
Azərbaycanda faciə - Su quyusuna düşən şəxs boğuldu
15:09
305

Azərbaycanda faciə - Su quyusuna düşən şəxs boğuldu

Ağsu rayonunda faciə baş verib.

7News.Az-ın məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağsu rayonunun Kalva kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü Hacıyev Namid Ağasən oğlunun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ