RU
Azərbaycanda film kimi olay - Bacını qaçırıb, qardaşını maşınla sürüdülər
13:20
561

Azərbaycanda film kimi olay - Bacını qaçırıb, qardaşını maşınla sürüdülər

Şəmkir rayonunda film kimi olay yaşanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məmməd Xanverdiyev bacısını qaçırılmasının qarşısını alarkən ağır xəsarət alıb.

Belə ki, 21 yaşlı bacısının avtomobillə qaçırıldığını görən M.Xanverdiyev bu işə mane olmağa çalışıb.

Bu zaman Məhəmmədi avtomobil sürüyüb.

İIkin məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşın ağır kəllə beyin travması aldığı bildirilir və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ