RU
Azərbaycanda futbol komandalarının baş məşqçilərinin maaşları açıqlandı – YENİLƏNİB
14:58
665

Azərbaycanda futbol komandalarının baş məşqçilərinin maaşları açıqlandı – YENİLƏNİB

"Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov aylıq 50 min dollar maaş alması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

7News.Az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov AzVision.az-a bildirib ki, Qurban Qurbanov aylıq 50 min dollar maaş almır, rəqəmlər şişirdilib.

"Göstərilən rəqəm həqiqəti əks etdirmir. Baş məşqçinin maaşı ən azı iki dəfə şişirdilib”, - deyə N.İbrahimov açıqlamasında bildirib.

Mətbuat katibi baş məşqçinin nə qədər maaş aldığını açıqlamayıb.

11:52

Azərbaycanda futbol komandalarına rəhbərlik edən məşqçilərin maaşları açıqlanıb.

7News.Az azerifootball.com-a istinadən xəbər verir ki, Azərbaycanda ən yüksək maaş alan baş məşqçi Qurban Qurbanovdur. 

Onun aylıq maaşı ayda 50000 dollardır. Aşağıda sizləri Topaz Premyer-liqasının bütün baş məşqçilərinin maaşları ilə tanış edirik:

Qurban Qurbanov – 50000 dollar (aylıq) 

Roman Qriqorçuk – 400000 dollar (illik)

Vəli Qasımov ("Neftçi”nin keçmiş baş məşqçisi) – 10000 manat (aylıq)

Şahin Diniyev ("Kəpəz”) – 8000 manat

Zaur Svanadze ("İnter”) – 5000 dollar

Adil Şükürov ("Zirə) – 4000 manat

Samir Abbasov ("Sumqayıt”) – 3500 manat

Tərlan Əhmədov ("AZAL”) – 2000 manat

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ