Gəncə Şəhər Təcili Yardım Xəstəxanasından 7News.Az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib:
"Bir nəfər 48 yaşlı kişi yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxsin ad, soyadı bəlli deyil. Hazırda həkimlər ona müvafiq tibbi yardım göstərir”.
***
Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
7News.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, partlayış zamanı xəsarət alanlar var.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
7News.Az








