RU
Azərbaycanda gənc xanım müğənniyə vəzifə verildi
01:29
18921

Azərbaycanda gənc xanım müğənniyə vəzifə verildi

Abşeron rayonu, Xırdalan şəhərindəki 17 saylı bağçaya müdir təyin olunub.

7news.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu, Gülnar Nəbi Çingiz kimi tanınan müğənnidir.

Xatırladaq ki, sözügedən sənətçi əsasən el şənliklərində çıxış edir.

***

Abşeron rayon Təhsil Şöbəsi Gülnar Nəbi Çingiz kimi tanınan müğənninin Xırdalan şəhərindəki 17 saylı bağçaya müdir təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Trend-ə bildirib ki,Gülnar Nəbi Çingiz həmin bağçaya şöbənin Abşeron rayon İcra Hakimiyyətinə təqdim etdiyi namizədlik əsasında müdir təyin edilib.

A.Nağıyevin sözlərinə görə, Gülnar Nəbi Çingiz həm ibtidai təhsil müəllimidir, həm də Azərbaycan Milli Konservatoriyasını bitirib: "O, həm də "Eurovision"un seçim turlarında iştirak edib. Bəzi saytlar bu xanımın müdir təyin olunmasını şişirdirlər, məsələyə başqa cür yanaşırlar. Amma onun müdir təyin olunmasında heç bir problem görmürük. O, özünü doğruldur, çox yaxşı təşkilatçılıq qabiliyyəti var. Bu gün həmin bağçada Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə də onun gözəl təşkilatçılıq qabiliyyətinin olduğu bir daha təsdiqləndi".

 
Millixeber.com-un əldə etdiyi məlumata görə isə Abşeron rayonunun icra başçısı İradə Gülməmmmədova anoloqu olmayan bir kadr dəyişikliyinə imza atıb. Xanım icra başçısı peşəkar bağça müdirəsini işdən çıxararaq, yerinə barlarda oxuyan və sosial şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşan Gülnar Nəbi Çingiz adı ilə tanınan müğənni xanımı 17 saylı bağçaya müdirə təyin edib. Və bu İradə Gülmmədovun uşaqların tərbiyəsinə verdiyi önəmdir. Bunu başqa cür necə qiymətləndirmək olar? Hansı kriteriyalarla İradə xanım uşaq baxçasına təlim və tərbiyədən anlayışı olmayan, barlarda oxuyan bir xanımı müdir təyin edib? Bunu icra başçısı izah edə bilərmi?

Açığı burda “O olmasın, bu olsun” filminin məşhur epizodunu xatırlamamaq olmur. İradə xanım barlarda və restoranlarda oxuyan bir müğənnini baxçaya müdirə təyin edərkən, Gülnar Nəbi Çingiz xanımın pedoqoji sahəsindəki hansı işlərini bəyənib? Bəlkə yeni müdirə uşaqlara barlardakı gecə həyatını anladacaq?
 


Azərbaycanda gənc xanım müğənniyə vəzifə verildi - Fotolar +Video
Azərbaycanda gənc xanım müğənniyə vəzifə verildi - Fotolar +Video
Azərbaycanda gənc xanım müğənniyə vəzifə verildi - Fotolar +Video

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ