RU
Azərbaycanda genişmiqyaslı əməliyyat: 450 kiloqram heroin ələ keçdi
00:05
933

Azərbaycanda genişmiqyaslı əməliyyat: 450 kiloqram heroin ələ keçdi

Hazırda əməliyyat davam edir.

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən 7news.Az verilən məlumata görə, İrandan Ukraynaya yük daşıyan 90 VV 438/99 ZC 154 nömrə nişanlı yük avtomobili əməliyyat məlumatı əsasında Azərbaycan ərazisində Xaçmaz Gömrük İdarəsində saxlanılıb.
 
Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış zamanı gömrükçülər 450 kiloqram narkotik vasitə olan heroin aşkarlayıblar.
 
Komitədən onu da bildiriblər ki, hazırda əməliyyat davam edir.  

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ