Elə peşələr var ki, kişilər və qadınlar üçün ixtisaslaşıb. Amma müasir cəmiyyətimizdə xanımların rolu artdığı kimi, peşə seçimində də onlar bəzi hallarda kişiləri üstələyir və kişi peşələrinə yiyələnirlər.
ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Həmin süjeti təqdim edirik:
Qeyd edək ki, statistik məlumatlara görə, dünyada yeni biznes-strukturlarının 25 faizdən çoxunu qadınlar yaradıb. Azərbaycanda isə 100 mindən artıq işgüzar-biznes fəaliyyəti olan xanım var.








