Azərbaycanda hansı hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə "mRNT Pfizer” (Comirnaty) peyvəndinin vurulmayacağı məlum olub.
Bu barədə 7News.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaşı 16-18 olan xaricdə təhsil alan və xroniki xəstəlikdən əziyyət çəkən yeniyetmələr peyvənd olunmayacaqlar.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə "mRNT Pfizer” (Comirnaty) peyvəndi vurulacaq.
7News.Az








