RU
Azərbaycanda həbsxanadan çıxan məmur vəfat etdi
10:40
349

Azərbaycanda həbsxanadan çıxan məmur vəfat etdi

Uzun müddət Lənkəran səhiyyə şöbəsinin müdiri olmuş rayonun tanınmış həkimlərindən Nurəddin Qurbanov vəfat edib.

7News.Az Publika.az-a istinadla xəbər verir ki, N.Qurbanov dünən Lənkəran şəhərində xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Qurbanov barəsindəki pul mənimsənilməsi şikayətindən sonra 2014-cü ildə işdən çıxarılmış və daha sonra həbs edilmişdi. Bir müddət həbsxana həyatı yaşayan həkim azadlığa çıxandan sonra xəstəliyi ilə mübarizə aparıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ