Azərbaycanda həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, siyahıda 305 adda dərman vasitəsinin adı əks olunub. Onlara müxtəlif tabletlər, kremlər, məlhəmlər, inyeksiya üçün məhlul, göz-burun damcıları, kapsul və digər dərman vasitələri daxildir.
Qeyd edək ki, 305 adda dərman preparatından 115-i pərakəndə aptek şəbəkəsində mövcudluğu məcburi olan dərman preparatlarıdır (beynəlxalq patentləşdirilməmiş ad altında).
Siyahı ilə BURADAN tanış ola bilərsiniz./azvision.az
7News.Az








