RU
Azərbaycanda heyvanlar tərəfindən parçalanan kişi meyiti tapıldı
12:53
408

Azərbaycanda heyvanlar tərəfindən parçalanan kişi meyiti tapıldı

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.

Bədəninin müxtəlif hissələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.

Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır./Report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ