Bu ilin yanvar-fevral aylarında icbari dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, proqnozdan əlavə daxilolma 65,4 mln. manat təşkil edir.
"Əmək bazarında şəffaflaşmaya yönələn islahatlar uzunmüddətli hədəflərə söykənir", - deyə nazir qeyd edib.
7NEWS.Az








