RU
Azərbaycanda içərisində 80 min manat olan seyf oğurlandı
13:33
513

Azərbaycanda içərisində 80 min manat olan seyf oğurlandı

Gəncə şəhərində maskalı şəxslər tikinti şirkətlərindən brinə basqın ediblər.

Hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən ofisdə baş verib.

Belə ki, naməlum şəxslər gözətçini döyüb və ofisdə içərisində 80 min manat olan seyfi oğurlayıblar. İlkin məlumatlara görə, soyğunçuların iki nəfər olduğu bildirilir. 

Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən axşam baş verən soyğunçuluq hadisəsi ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb.

Faktla bağlı araşdırmalara başlanılıb./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ