RU
Azərbaycanda iki xəstəliyin ləğvi qeydə alınıb
13:42
829

Azərbaycanda iki xəstəliyin ləğvi qeydə alınıb

“Məxmərək və qızılcanın ləğvini əldə etsək də, bu gün anadangəlmə məxmərək sindromu ilə mübarizə işinə başlamışıq”


7News.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

O, bildirib ki, dünyada qızılca və məxmərəyin eliminasiyasına (ləğvinə) nail olan ilk ölkə ABŞ olub. Bu da keçən il qeydə alınıb. Ən aşağı peyvəndlə əhatə olunan ölkə isə Afrika və Asiyadır.

Onun sözlərinə görə, dünyada hazırda Avropanın 3 regionu məxmərək və qızılcanın ləğvinə nail olunmasını qarşısına məqsəd qoyub. Avropa regionu üzrə bu il 21 ölkə qızılcanın, 20-si isə məxmərəyin ləğvinə nail olub. Azərbaycanda isə hər iki xəstəliyin ləğvi qeydə alınıb.

ÜST-ün nümayəndəsi onu da qeyd edib ki, Avropa regionunda hələ də 18 ölkə endemik olaraq qalır: "Həmin ölkələr də, məhz Azərbaycana qonşu olan ərazilərdir. Bura Rusiya, Gürcüstan, İran, Ermənistan və digər ölkələr var. Orada hələ də virusların yayılması halları var. Bu da o deməkdir ki, xəstəliklər yenidən Azərbaycanda qeydə alına bilər. Ona görə də peyvəndləmə işləri bundan sonra da davam edəcək.

Anadangəlmə məxmərək sindromu ilə bağlı ölkələrdə məlumat çox azdır. Lakin ÜST-nin verdiyi məlumata görə, dünyada 100 min uşaq bu sindromla doğulur və bəzən ölümlə də nəticələnə bilir. Hazırda məxmərək və qızılcanın ləğvini əldə etsək də, bu gün anadangəlmə məxmərək sindromu ilə mübarizə işinə başlamışıq. Bununla əlaqədar müvafiq qurumlarla birlikdə seminarlar təşkil edilib. Regionlarda da bu kimi seminarların keçirilməsi planlaşdırılır. Peyvənd həftəsi hər il keçirilir. Məqsəd ölkələrin bu sahədə məlumatlılı olmasını daha da təkmilləşdirilməsidir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ