RU
Azərbaycanda internet bərpa olunub
16:44
332

Azərbaycanda internet bərpa olunub

Bu gün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet yenidən kəsilib.

Qeyd edək ki, noyabrın 16-da da ölkə üzrə internet kəsilmişdi. Problem ilkin provayder “Delta Telecom”un DATA-mərkəzinə qoşulan xətlərin birində baş vermiş tüstülənmə ilə əlaqədar idi.

Bir qədər əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir.

X X X

Hazırda internet bərpa olunub. İnternetin fasilələrlə işləyəcəyi istisna edilmir.

Buna səbəb kimi ötən gün “Delta Telecom”un DATA-mərkəzində xətlərin birində baş vermiş fəsadları aradan qaldırmaq üçün yekun işlərin aparılması göstərilir./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ