RU
Azərbaycanda işdən çıxarılan işçi müdirini öldürdü - YENİLƏNİB + FOTO
17:28
844

Azərbaycanda işdən çıxarılan işçi müdirini öldürdü - YENİLƏNİB + FOTO

Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb. Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

7news.Az-ın məlumatına görə, Xeberle.com saytı hadisənin bəzi təfərrüatlarını əldə edib.

Bildirilir ki, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda "Gül Vüqar” kimi tanınırdı.

Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. 

Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib. 

Qətli törədən şəxsin psixi problemlərinin olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

12:25

Mayın 24-də Sumqayıt şəhərinin ərazisindən şəhər sakini Vüqar Quliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

7news.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, həmin şəxs orada ölüb.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Vüsal Novruzov saxlanılıb.

Araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ