İş axtaranlar işə götürənə yalan danışa bilməyəcəklər. Azərbaycanlı mütəxəssis bunu əngəlləyəcək detektor hazırlayıb. İşçi seçərkən həmin yoxlama xidməti tətbiq ediləcək. Cihaz vasitəsilə onun təqdim etdiyi məlumatların düzgünlüyü yoxlanılacaq.
7news.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, iş axtaranlar özləri haqqında şişirdilmiş məlumatlar danışa bilməyəcəklər. Ölkəmizdə ilk dəfə olaraq istənilən sahədə işçi seçərkən xüsusi yoxlama xidməti tətbiq ediləcək. Bu məqsədlə işçi qəbul edilərkən detektor vasitəsilə onun təqdim etdiyi məlumatların düzgünlüyü yoxlanılacaq.
Bu məqsədlə şəxsin müxtəlif bədən hissələrinə ötürücülər bağlanılır. Bundan sonra həmin şəxsə fərqli suallar verilir. Şəxs yalan danışarsa, dərhal bu ötürücülər tərəfindən qeydə alınır.
Alınan cavablardan sonra məlumatlar bir neçə saat ərzində kompyuter vasitəsilə tam dəqiq hesablanır.
Bu yoxlama ödənişlidir və könüllüdür. İstənilən şirkətlər, qurumlar, müfafizəçi, dayə tutmaq istəyən ailələr bundan istifadə edə bilərlər. Poliqrafda yoxlanmanın nəticələri vətəndaşın işə götürülməməsi və ya hər hansı bir işçinin işdən azad edilməsi üçün əsas ola bilməz. Yalan detektorun nəticəsi hüquqi əhəmiyyət daşımır. Bu nəticə daha çox istiqamətləndirici xarakter daşıyır.
7news.Az








