RU
Azərbaycanda
20:20
1407

Azərbaycanda "JEK" işçisi telegramda 18+ kanal açdığına görə tutuldu

Teleqram sosial şəbəkəsində pornoqrafik kanallar açan şəxs saxlanılıb.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə "Az18Plus" və "Az18PlusCHAT" adlı kanallar açaraq müxtəlif pornoqrafik videoları yayan şəxsin Yevlax sakini, 1986-cı il təvəllüdlü C. Məmmədli olması müəyyən edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, o, pul qazanmaq məqsədilə teleqramda qeyd edilən iki kanalı 2020-ci ildə açıb və kanallara müvafiq olaraq 33 min və 8 minə yaxın şəxs üzv olub. Azərbaycan, Türkiyə və xarici ölkələrdə çəkilmiş pornoqrafik video və fotoları kanalında yayan şəxsə daha sonra müxtəlif reklam təklifləri gəlib. O, reklamdan aylıq 800-900 manatadək qazanc götürüb.

O da məlum olub ki, saxlanılan şəxs Yevlaxdakı 2 saylı MKİS-in (Mənzil Kommunial İstismar Sahəsi) əməkdaşıdır. Onun barəsində Cinayət Məcəlləsinin 242-ci) Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə iş açılıb.

Yevlax Rayon Məhkəməsi C.Məmmədlinin qazancından 20 faiz dövlət nəfinə tutulmaqla onun 2 il müddətinə islah işləri cəzası verib./qafqazinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ