Gəncə futboluna ağır itki üz verib Ötən əsrin 90-cı illərinin sonunda "Kəpəz"in sponsoru, prezidenti olmuş Rza Məmmədov dünyasını dəyişib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Rza Məmmədov 75 yaşında ürək çatışmazlığından vəfat edib. Onun rəhbərliyi dövründə komanda ən iddialı klublardan birinə çevrilib. "Sarı-göylər" Azərbaycan çempionu, ölkə kubokunun sahibi olub. Allah rəhmət eləsin!









