RU
Azərbaycanda “kinder” məhsullarında bakteriya aşkarlanıbmı?
14:02
383

Azərbaycanda “kinder” məhsullarında bakteriya aşkarlanıbmı?

Azərbaycanda "kinder" məhsullarının yığışdırılması ilə bağlı qərar yoxdur.

7News.Az Trend-ə istinadən bildirir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, "Kinder"in Belçikada müəyyən aralıqda istehsal etdiyi 6 növ məhsul "Salmonella" bakteriyasının olması şübhəsi ilə ixrac edildiyi ölkələrdən geri çağrılır:

"Azərbaycanda olan həmin məhsullarda "salmonella" aşkarlanmayıb. "Salmonella" ilə zəhərlənmə ilə bağlı da hər hansı bir hal baş verməyib.
 
Hazırda ticarət mərkəzlərində satılan məhsullar o kateqoriyadan deyil. Geri çağılmış məhsullar yığışdırıldıqdan sonra təkrar ekspertizalar keçiriləcək. Ekspertizadan sonra həmin məhsulların taleyi ilə bağlı qərar veriləcək", - deyə o bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ