RU
Azərbaycanda kişi icazəsiz evdən çıxan arvadını və yeni doğulan körpəsini evdən QOVDU - FOTO
17:00
647

Azərbaycanda kişi icazəsiz evdən çıxan arvadını və yeni doğulan körpəsini evdən QOVDU - FOTO

Azərbaycanda kişi yeni dünyaya gələn körpəsini və həyat yoldaşını evdən qovub.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Səni axtarıram" verilişinə müraciət edən Raziyə adlı qadın danışıb.

 

O, bir böyrəklə doğulduğunu bildirib:

"Anadangəlmə bir böyrəyim yoxdur. Hamilə olanda ağrılarım odu. Mən də həkimə getdim. Həyat yoldaşım işdə olanda zəng edib söylədim ki, vəziyyətim yaxşı olmadığından həkimə gedirəm. O da getməyimə razı oldu, lakin xəstəxanada olanda mənə zəng vumadı. Xəstəxanadan çıxmağıma bir gün qalmış həyat yoldaşıma zəng etdim ki, sabah çıxıram. Amma o, boşanma üçün məhkəməyə ərizə verdiyini deyərək məndən evə gəlməməyimi istədi. Ona görə də məcbur olub, anamgilə getdim. Mən xəstəxanada xadimə işləyirdim. 8 ildir ki, evliyik. Ara-sıra mübahisələrimiz olsa da, normal dolanırıq. Xəstəxanaya getməmişdən bir neçə gün öncə mübahisəmiz oldu. Mübahisəyə də səbəb evdən pul götürüb, paltar almağım idi".



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ