RU
Azərbaycanda kişilər döş xərçəginə tutulub
12:13
549

Azərbaycanda kişilər döş xərçəginə tutulub

"Hələ 2014-cü ildə Azərbaycanda 1400 qadında, 17 kişidə süd vəzi xərçəngi aşkarlanıb".

Bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin mamoloqu Elgül Əsgərova Dünya Xərçəng Günü ilə bağlı keçirilən maarifləndirmə tədbiri zamanı deyib.

Mamoloq bildirib ki, kişilərdə süd vəzi xəsətlikləri nadir hallarda baş verir. Adətən, 100 qadınlarda döş xərçəngi rast gəlindiyi halda bir kişidə baş verir: “Azərbaycanda da bu xəsətlik kişilərdə kifayət qədər aşkarlanıb. Lakin bu, gecikmiş yaş dövrlərində baş verir. Məsələn,  Lənkəran rayonundan 60 yaşlı kişi də bizə müraciət etdi, onda da aşkarlanmışdır.  Biz onun yaşına görə əməliyyat etmədik. Kimya terapiya məsləhət gördük. Bəlkə də ona görə kişilərdə kecikmiş halda aşkarlanır ki, düşünmürlər, kişidə xərçəng xəsətliyi ola bilər.

Bu xəstəliyin ağ ciyərlərdə, sümüklərə yayılmış formalarında xəstələr müraciət edir. Əslində onlar öskürəklə, bronxial problemlə bizə müraciət edirlər. Diaqnoz nəticəsində aşkar olunur ki, məhz bu xəstəlik süd vəzi xərçəngi imiş”. /atv

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ