RU
Azərbaycanda koronavirusa görə evdə müalicə olunanların sayı açıqlandı - RƏSMİ
13:50
216

Azərbaycanda koronavirusa görə evdə müalicə olunanların sayı açıqlandı - RƏSMİ

"Hazırda 30787 nəfər evdə müalicə alır”.

Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

O qeyd edib ki, həmin şəxslərdən 2691 xəstə yeni aşkar olunub:

 

"Bakı şəhərində 41 COVID-19 məntəqəsi var”.

N.Mürsəlova vurğulayıb ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ