RU
12:50
517

"Azərbaycanda kredit götürən tələbələrin faiz ödəmə yükü azaldılıb"

Azərbaycanda tələbələrə təhsil haqqının ödənilməsi təcrübəsindən digər ölkələr də bəhrələnə bilər.

7News.az xəbər verir ki, bunu Dünya Bankının təhsil üzrə eksperti Kristian Aedo bu gün "Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı" mövzusunda keçirilən tədbirdə deyib.

Ekspert bildirib ki, Azərbaycanda təhsil krediti götürən tələbələrin faiz ödəmə yükü azaldılıb:

"Nazirlik bu sahədə bizə məlumat verdikdə onlara analitik dəstəyin göstərilməsi qərarına gəldik. Biz kreditlərin verilməsi ilə bağlı bütün məsələləri müzakirə etdik və nəticələri bu sahədə ən yaxşı təcrübələri istifadə etməsi üçün nazirliyə təqdim etdik. Bu sistemi başqa ölkələrdə də yaya bilərik. Məqsədimiz bu kredit sisteminin daha da faydalı olmasıdır".

Ekspert qeyd edib ki, hələlik təhsil kreditlərindən az tələbə yararlana bilib. O, bu sayın artırılmasının da düşünüldüyünü söyləyib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Haqvi deyib ki, təhsil sahəsində yeniliklərin tətbiqi üçün Təhsil Nazirliyi ilə çalışmaqda qərarlıdırlar:

"Biz "Maarifçi" Kredit Fondu ilə əməkdaşlıq edirik. Biz bu sistemi daha təkmil formaya salmağı düşünə bilərik. Azərbaycanda ali təhsil sistemində kredit sisteminin tətbiqi böyük addımdır. Ali təhsildə mobil çevikliyin tətbiqi əsas amillərdəndir. Biz bu yolda sizə köməklik göstərməyə hazırıq".//trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ