RU
Azərbaycanda maşın elektrik dirəyinə çırpıldı: ölən və yaralanan var - VİDEO - FOTO
13:33
341

Azərbaycanda maşın elektrik dirəyinə çırpıldı: ölən və yaralanan var - VİDEO - FOTO

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Meşəçilik İnstitutu adlanan ərazidə qeydə alınıb.

BMW markalı avtomobil idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Nəticədə avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza nəticəsində elektrik dirəyi yarasız vəziyyətə düşdüyündən qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan Elmidar Sədrəddin oğlu Məmmədov Təcili Tibbi Yardım maşını ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirlidiyi xəsatəxanada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

7News.Az

Azərbaycanda maşın elektrik dirəyinə çırpıldı: ölən və yaralanan var - VİDEO - FOTO

Bərdədə avtomobil dirəyə çırpılıb, ölən var

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ