Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında məhbus özünə mismarla xəsarət yetirib.
7News.Az bildirir ki, Oxu.Az-ın xəbərinə görə, orada cəza çəkən 1993-cü il təvəllüdlü Əliyev Ceyhun qarın nahiyəsinin mismarla deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məhbusun özünə mismarla xəsarət yetirdyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








