Azərbaycanda məhkəmə hakimi vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin hakimi 56 yaşlı Zərbəli Zərbəliyev dünyasını dəyişib.
Qeyd edək ki, Z.Zərbəliyev 1960-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1989-1992-cü illərdə Bakı şəhəri 26 Bakı komissarı (indi Səbail) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1992-1993-cü illərdə Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankının hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, 1993-2000-ci illərdə Respublika Prokurorluğu Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin mühüm işlər üzrə şöbəsində prokuror, 2000-2007-ci ildə 3 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007-2011-ci ildə Gəncə Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2014-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2014-cü ildən isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyib./report
7News.Az








