Naxçıvan şəhərində bədbəxt hadisə baş verib. Bu barədə məlumatı manset.az saytı yayıb.
Hadisə şahidlərindən verilən məlumata görə, Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbədə aparılan inşaat əsanasında məktəb çöküb.
***
Hadisə ilə bağlı Təhsil nazirliyindən 7NEWS.az-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
7NEWS.az








