RU
Azərbaycanda məktəb direktoru VƏFAT ETDİ - FOTO
14:00
525

Azərbaycanda məktəb direktoru VƏFAT ETDİ - FOTO

Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.

7News.Az-ın Report-a istinadən məlumatına görə, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.

Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.

2001- ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

Allah rəhmət eləsin!
 
Azərbaycanda məktəb direktoru VƏFAT ETDİ - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ